Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əlizadə Zahir Məmməd oğlu
Qafarov Zakir Əsəd oğlu
Qasımov Elçin Lütvəli oğlu
Sultanova Sənifə Qulu qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Hüseynov Mövsüm Oruc oğlu
İlyasov Elçin Hidayət oğlu
Mahmudov Rəsul Fərman oğlu
Muradova Aytən Cahangir qızı
Musayev Hamlet Əli oğlu
Nəsibov Elçin Rafiq oğlu
Rəhimov Rahim Hacı oğlu
Teymurzadə Abbas Elxan oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2016-cı il.