Rayon haqqında
Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.Ərazisi 1,668 min kv.km., əhalisi 15500 nəfərdir. Bundan 3136 nəfərini qaçqınlar, 391nəfərini isə məcburi köçkünlər təşkil edir. (01.12.2012-ci il tarixinə) Abşeron iqtisadi rayonuna daxildir.İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km sahəsi olan Altıağac Milli Parkı fəaliyyət göstərir.
Xızı ilə əlaqədar olaraq bir çox mənbələr,o cümlədən Ərəb mənbələri Xızıda yaşayanları ”Əhli Xizon”, yəni Xızı əhalisi adlandırır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda Bərməklilər, onun ərazisini Bərmək mahalı adlandırırlar.Tarixçilərdən başqa ədəbiyyatşünasların da tədqiqatlarında Xızı haqqında məlumatlara rast gəlirik. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin “Xalq dastanları” adlı monoqrafiyasında Qafqaz dastanı olan “Nərd” dastanında (bu dastanın mövcudluğu eramızdan əvvəl XIII əsrə təsadüf edir) Xızı və Xızıqala haqqında məlumat verilir.
Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı mçateriallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olur.
Xızı adının mənşəyi və lüğəti mənası yerli xalqın xarakterinə görə öz əksini tapmışdır.Xızının lüğəti mənası tez duran, tez oyanan, tez qalxan, məcazi mənası isə zirək, cəld deməkdir. Xızı rayonu 1928-ci ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. O zaman rayonun 72 kəndi, 24 minə yaxın əhalisi olmuşdur. Sonradan rayonlaşmalarla əlaqədar 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ Siyəzən, Zərgərli və sairə sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil olmuşdur. Həmin dövrdən Dağ Quşçu, Ərziküş, Qızılqazma və sair sovetliklər Xızı rayonunun tərkibinə daxil olmuşdur. 1947-ci ildə Xızı rayonunda 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur.Əhalisi isə 14647 nəfər təşkil etmişdir.Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.
Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur.Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.
Xızı rayonu dağ və dağətəyi zonalara malikdir.Dağlıq zonanın zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən “Dübrar” (İkiqardaş) dağıdır.Rayon eko və etno turizmin inkişafı üçün münasibdir.Rayonun dağətəyi-aran ərazisi ilə Xəzər dənizinin 30 km-lik sərhəddi vardır
-Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 5 dəfə artaraq 39.9 mln manata, sənaye məhsulunun həcmi 30 dəfə artaraq 2,3 mln manata, kənd təsərrüfatının ümumi məhsulu 3 dəfə artaraq 21,6 mln manata, əsas kapitala yönəldilmiş vəsait 22 dəfə artaraq 11,9 mln manata, tikinti- quraşdırma işlərinin həcmi 20 dəfə artaraq 10,1 mln manata çatmışdır.
-2012-ci ilin 9 ayı ərzində ümumi məhsul buraxılışı 2011-ci ilin müvafiq dövrünə nisbətən 25,5 faiz artaraq 30,9 mln manata, kənd təsərrüfatı məhsulları 54,6 faiz artaraq 16.6 mln manata, sənaye məhsulları 3,6 faiz artaraq 4.7 mln manta çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 5 dəfə artaraq 1 mln manat, tikinti quraşdırma işlərinin həcmi 93.4 faiz artaraq 0.2 mln manat olmuşdur.
-2007-2012-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 589 min 968 manat subsidiya verilmişdir.
-Ümummilli Lider Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmış, Ulu Öndərin abidəsi ucaldılmışdır;
-Ümumi uzunluğu 30 km olan Giləzi-Xızı avtomobil yolu yenidən qurulmuş, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi, 420 yerlik mədəniyyət sarayı, şahmat məktəbi, məişət evi, 1 kərpic və 3 qum-çınqıl istehsal edən zavod, mərkəzi icra hakimiyyəti orqanlarının yerli təşkilatları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, “Cənnət bağı”, “Qızılqazma” istirahət mərkəzləri və Altıağac Milli parkı yaradılmış, quşçuluq fabrikinin, “Deka” su zavodunun fəaliyyəti bərpa edilmişdir;
-2003-2012-ci illər ərzində 1039-u daimi olmaqla 7229 yeni iş yeri açılmışdır;
-Xızı şəhərində Heydər Əliyev mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının və Müalicə Diaqnostika Mərkəzinin tikintisi başa çatdırılmışdır;
-Heydər Əliyev Fondu tərəfindən Altıağac qəsəbəsində 200 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilmişdir;
- Altıağac qəsəbə uşaq bağçası və Fındığan kənd tam orta məktəbi əsaslı təmir edilmiş, Yeni Yaşma kənd, Giləzi və Şuraabad qəsəbə tam orta məktəblərində bərpa gücləndirmə və əsaslı təmir işləri davam etdirilir.
- Xızı şəhərində 1400 metr, Giləzi qəsəbəsində 400 metr, Sitalçay kəndində 600 metr çınqıl örtüklü yola asfalt örtüyü döşənmiş, kənd və qəsəbədaxili yollarda cari təmir işləri aparılmışdır.
-Rayonun Yaşma və Yeni Yaşma ərazisində külək enerji qurğularının quraşdırılması, Sahibkarlığa Kömək Milli Fondundan verilən kredit hesabına “Şuraabad broyler” damazlıq yumurta istehsalı və “Şuraabad quşçuluq” quş əti istehsalı müəssisələrinin tikinti işləri, C.Cabbarlı parkının təmiri və yenidən qurulması davam etdirilir.
-Azərbaycan Höküməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq agentliyinin birgə maliyyələşdırdiyi "Xızı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi"nin icrasına başlanılmış və hal hazırda işlər davam etdirilir.
-2013-cü ildə Xızı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının inşası davam etdiriləcək, Heydər Əliyev Mərkəzinin yeni binası inşa ediləcək, Xızı şəhəri və Giləzi qəsəbəsində yeni yaşıllıq zolaqları və park salınacaqdır. Turizmin inkişafı ilə bağlı tədbirlər davam etdiriləcəkdir. Sitalçay, Türkoba, Ağdərə və Tıxlı kəndlərində yeni məktəb binalarının tikilməsi, 1 saylı Sitalçay h/h tam orta məktəbi, Xələnc və Qarabulaq kənd ümumi orta məktəbləri və Uşaq Gənclər İdman məktəbinin binalarının əsaslı təmirinin 2013-cü ilin investisiya proqramı layihəsinə salınması ilə bağlı Nazirlər Kabinetinə müraciət edilmişdir.
-“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə”nin icrası çərçivəsində 2013-cü ildə Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sisteminin qurulması işləri davam etdiriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki dəfə Xızı rayonuna rəsmi səfər etmişdir. 22.08.2008-ci il tarixdə ölkə Prezidenti Heydər Əliyev muzeyinin, şahmat məktəbinin, tarix diyarşünaslıq muzeyinin, mədəniyyət sarayının və Altıağac Milli parkının, 19.07.2011-ci il tarixdə isə Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının və Müalicə Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.
Rayonda siyasi Partiyaların 1 rayon təşkilatı - YAP fəaliyyət göstərir ki, onun 1731 üzvü vardır. ”Xızı” qəzeti nəşr edilir. Rayon ərazisində 50 saylı Qobustan-Xızı-Sumqayıt DSK-ya daxil olan 14 seçki məntəqəsi və 7519 nəfər seçici vardır.
Xızı rayonunda bir çox Tarixi-Memarlıq və Sənət abidələri vardır. Xələnc kəndində XV-XVI əsrə aid Ağ pir abidəsi və Ağdərə kəndində Xəlifə Süleyman piri yerləşir. Altıağac kəndində XVII-XVIII əsrə aid Kilsə zəngi, Xələnc kəndində Ətəh çayının sahilində XIX əsrə aid dəyirman və Fındığan kəndində tədqiqata ehtiyacı olan Pay dül-dül piri yerləşir. 1923-cü ildə Xızı kəndində tikilmiş hamam, 1989-cu ildə Sayadlar kəndində xeyriyyəçi polkovnik Əbülhəsən Əhmədovun şəxsi təşəbbüsü ilə qoyulmuş Mikayıl Müşfiqin büstü, 1999-cu ildə Xızı qəsəbəsində memarı Cəlal Qaryağdı olan Cəfər Cabbarlının abidəsi yerləşir. 2004-cü ildə Altıağac qəsəbəsi “Cənnət Bağı” istirahət mərkəzində və 2006-cı ildə Xızı şəhərində yerləşən “Heydər parkı”nda Ümummilli liderimiz Heydər Əliyevin abidəsi qoyulmuşdur.
Xızı rayonu ərazisində külli miqdarda yüksək keyfiyyətli gil (Giləzi qəsəbəsi, Əmbizlər, Qasımkənd, Ağdərə kəndləri ərazisində), qum (Giləzi və Şuraabad qəsəbələrinin dənizkanarı ərazilərində), çınqıl (Qasımkənd, Əmbizlər, Ağdərə, Xələnc, Fındığan kəndləri və Giləzi qəsəbəsinin ərazisindən keçən Əmbizlər, Ağdərə, Xələnc, Ataçay, Tıxlı çayları) və bentonit (Ağdərə kəndi ərazisində) ehtiyyatları müvcuddur. Belə ki, rayon ərazisində Giləzi Kərpic zavodu, 3 ədəd çınqıl sexi (Xələnc və Fındığan kəndlərində), Şuraabad qum karxanası, “Giləzi Yem” ASC, “Deka” su zavodu, asfalt zavod, kərpic zavodu, “Giləzi quşçuluq” MMC, “MMZ” MMC, “Şuraabad quşçuluq” MMC, “Şuraabad broyler” ASC, “Yaşma qüuşçuluq şirkəti” MMC fəaliyyət göstərir.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu vəzifəsini müvəqqəti icra edən: Səfərov Ruslan Sultan oğlu;
Telefon: 02331-5-01-97;
Ünvan: H.Əliyev pr. 41;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I
Xızı rayon qeydiyyat şöbəsi
Rəis: Məmmədov Rövşən Əziz oğlu;
İş telefonu: 02331-5-01-95;
Ünvan: T.Özal küçəsi, İnzibati bina;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I
Xızı rayon icra qrupu
Məsul şəxs: Əliyev Qurbanbəy Hacımurad oğlu;
İş telefonu: 02331-5-01-99;
Ünvan: Xızı şəhəri, T.Özal küçəsi;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Xızı rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Xızı bələdiyyəsi |
Bağırov Mövsüm |
Xızı şəhəri |
02331-5-01-06, |
Ağdərə bələdiyyəsi |
Şükürov Aflatun |
Ağdərə,Əmbizlər, Qasımkənd, Tudar vəYuxarıƏngilan kəndləri |
070-523-19-85 |
Altıağac bələdiyyəsi |
Əlimirzəyev Əmənulla |
Altıağac qəsəbəsi, Çistı klyuç, Qızılqazma vəYarımca kəndləri |
02331-4-40-90, |
Baxışlı bələdiyyəsi |
Baxışov Cəlil |
Baxışlı, Bəyəhmədyurd, Güneyqışlaq və Vərdah kəndləri |
050-336-47-30 |
Giləzi bələdiyyəsi |
Əzimov Məmmədağa |
Giləzi qəsəbəsi |
050-375-28-32 |
Xələnc –Fındığan bələdiyyəsi |
Rəsulov Mahir |
Xələnc və Fındığan kəndləri |
070-255-80-14 |
Qarabulaq bələdiyyəsi |
Hovruzov Səxavət |
Qarabulaq və Dizəvər kəndləri |
050-441-65-90 |
Məşədi Həsən bələdiyyəsi |
Həsənov Bəxtiyar |
Məşədi Həsən kəndi |
050-323-93-02 |
Sitalçay bələdiyyəsi |
Məlikov Ağahüseyn |
Sitalçay kəndi |
050-377-36-81 |
Şuraabad bələdiyyəsi |
Şəfiyev Hasil |
Şuraabad qəsəbəsi, Türkoba vəYaşma kəndləri |
02331-4-20-38, |
Tıxlı bələdiyyəsi |
Əliyev Həmdulla |
Tıxlı.Əngilan, Qars və Təzəkənd kəndləri |
050-597-97-20, |
Yeni Yaşma bələdiyyəsi |
Əsgərov Çahin |
Yeni Yaşma kəndi |
02331-6-21-37, |