Azərbaycan Respublikası Ədliyyə nazirinin 05.06.2020-ci il tarixli 65-S nömrəli Sərəncamı və həmin Sərəncamla təsdiq edilmiş "Ədliyyə Nazirliyinin inzibati binalarında yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə sanitariya-epidemioloji Qaydalar"da qeyd olunmuş tələblərə riayət olunması Sumqayıt regional ədliyyə idarəsinin nəzarətindədir. Belə ki, idarənin bütün əməkdaşları iş saatı ərzində qaydalara uyğun olaraq tibbi maskalardan, əlcəklərdən və tibbi spirtdən istifadə edirlər, sosial məsafə saxlayırlar. İdarənin inzibati binasına daxil olan hər kəsin hərarəti müvafiq qaydada ölçülür və yalnız bundan sonra onların içəri daxil olmağına icazə verilir. Həmçinin. idarənin inzibati binası 25.06.2020-ci il tarixdə məsul şəxslər tərəfindən dezinfeksiya edilmişdir. Bundan başqa yurisdiksiyaya daxil olan ədliyyə qurumlarının rəhbərlərinə sözügedən Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilməsinin vacib olduğu onların nəzərlərinə çatdırılmışdır.