Bələdiyyə sədrlərinin iştirakı ilə geniş seminar-müşavirə keçirilmişdir

      

    Ədliyyə Nazirliyinin Sumqayıt regional ədliyyə idarəsinin təşkilatçılığı və  müvafiq ərazi vahidlərinə daxil olan bələdiyyələrin məsul şəxslərinin iştirakı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində geniş seminar-müşavirə keçirilmişdir.

     İlk öncə ulu öndərin heykəli önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi ehtiramla anılmışdır.

     Tədbiri açıq elan edən Sumqayıt regional ədliyyə idarəsinin rəhbəri Eyvaz Məmmədov və tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad etdilər.

   Sumqayıt regional ədliyyə idarəsinin müvafiq ərazi vahidliyinə daxil olan bələdiyyələrə inzibati nəzarəti həyata keçirən qurumun rəhbəri kimi Eyvaz Məmmədov idarənin fəaliyyət istiqamətlərindən biri kimi bələdiyyələrə inzibati nəzarət və metodoloji yardımı olduğunu qeyd edərək bununla bağlı cari ilin İş Planının III və IV bəndlərinin icrası məqsədilə bələdiyyələrdə ümumiləşmələr aparıldığını, aşkar edilmiş nöqsanların, o cümlədən onların həlli istiqamətində müvafiq tövsiyələri bələdiyyələrin məsul şəxslərinə bildirərək gələcək fəaliyyətlərində qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasının vacibliyini bir daha seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

     Belə ki, regional idarə əməkdaşları tərəfindən torpaq icarə haqlarının yığılması və bazar qiymətinə uyğunlaşdırılması, torpaq və əmlak vergisinin toplanması, məcburi aktların qəbul edilməsi üzrə cari ilin 9 ayı ilə ötən ilin 9 ayı ərzində bələdiyyələr tərəfindən təqdim edilmiş məlumatlar üzrə ümumiləşdirmələr  aparılmış, idarənin ərazi vahidlərinə daxil olan bir çox bələdiyyələrdə nöqsanların mövcud olduğu diqqətə çatdırılmış bu barədə müvafiq tövsiyələr verilmişdir.

     Həmçinin, kargüzarlıq və arxiv işinin dürüst təşkil edilməsi mövzularında geniş və ətraflı məruzələr ilə çıxış edilmiş, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları barədə hər bir bələdiyyəyə tövsiyə xarakterli məktubların göndərildiyini, bələdiyyələrə öz fəaliyyətlərində qanunvericiliyin bu sahələrinə diqqətin artırılmasını vacibliyi bildirilmişdir.

     Bələdiyyə sədrlərinin seminarın mövzuları ətrafında suallarının cavablandırılması ilə yanaşı, bələdiyyələrin üzləşdikləri bir sıra çətinliklərin qanunvericiliyə uyğun həlli yolları diskusiya formasında tədbir iştirakçılarına izah olunmuş, metodoloji yardım göstərilməklə bir sıra tövsiyələr nəzərə çatdırılmışdır.

   Səsləndirilən məsələlərin dürüst icrası bələdiyyələrin maddi təminatının yaxşılaşdırılmasına gətirib çıxardır ki, buda öz növbəsində vətəndaş məmunluğunun artırılmasına xidmət edən yerli və sosial yönümlü proqramların icrasına və şəfaflığın artırılmasına böyük töhvə verəcəkdir.

   Yekunda bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrini daim diqqətdə saxlamalarını qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini nəzərə çatdırmışdır.