Sumqayıt regional ədliyyə idarəsində 22 Noyabr Ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur.

     Sumqayıt regional ədliyyə idarəsində 22 Noyabr Azərbaycan ədliyyə orqanlarının yaradılmasının 104 illiyi qeyd olunmuşdur. İlk öncə Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində regional ədliyyə idarəsinin rəisi Eyvaz Məmmədov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, eləcə də məhkəmə sədrləri və digər ədliyyə qrumlarının nümayəndələri ilə birgə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucaldılan abidəsi önünə gül dəstələri düzüb ulu öndəri dərin ehtiramla yad etmişlər. Daha sonra Heydər Əliyev mərkəzində gəzinti təşkil olunmuşdur. Tədbir bədii hissə ilə Sumqayıt şəhər muğam mərkəzində davam etdirilmişdir.

   Həmçinin Sumqayıt regional ədliyyə idarəsinin rəisi idarə əməkdaşlarını ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə təbrik edərək cari ildə regional idarənin fəaliyyətinin rəhbərlik tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmiş, bunun davamlı olması üçün daha çox çalışılmasının vacibliyini diqqətə çatdırmışdır. Regional ədliyyə idarəsinin fəaliyyətinin gələcəkdə daha da effektiv olacağına inandığını vurğulayaraq idarə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladığını bildirmişdir.