Şəki şəhərində “Əhalinin hüquqi maarifləndirilməsi məqsədilə səmərəli kommunikasiya bacarıqları üzrə” seminar-müşavirə keçirilmişdir.

22 sentyabr 2017-ci il tarixdə Şəki şəhərində regional ədliyyə idarələrinin əməkdaşları üçün “Əhalinin hüquqi maarifləndirilməsi məqsədilə səmərəli kommunikasiya bacarıqları üzrə” seminar-müşavirə keçirilmişdir. Tədbir Avropa İttifaqı tərəfindən maliyələşdirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təşmilləşdirilməsinə dəstək” Layihəsi çərçivəsində təşkil olunmuşdur.  

Bildiririk ki, bu layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ilə birgə həyata keçirilir.

whatsapp_image_2017-10-12_at_11.03.42

Tədbirdə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təkilat-nəzarət baş idarəsinin,Qeydiyyat və notariat baş idarəsinin, regional ədliyyə idarələrinin və nazirliyin digər struktur qurumlarının nümayəndələri, o cümlədən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi şöbəsinin rəhbəri cənab Denis Danilidis, qrup rəhbəri xanım Pamela Fahey və səmərəli kommunikasiya üsulları üzrə ekspert xanım Anastasiya Nurjinski iştirak etmişdir.

Təlimdə hüquqi maarifləndirmə kampaniyalarına ən qabaqcıl təcrübə, regional ədliyyə idarələrinin hüquqi maarifləndirmə fəaliyyəti ilə bağlı təcrübə və məqsədləri, hüquqi sənədləri daha geniş əhali kütləsinə cəlbedici və aydın məzmunda ötürülüməsi qaydaları, ictimai məlumat tədbirləri və hüquqi maarifləndirmə proqramları ilə bağlı məlumat mübadiləsi, hüquqi maarifləndirmə proqramlarında rəqəmsal medianın effektiv tətbiqi ilə bağlı müzakirələr aparılmış, rəylər, təkliflər dinlənilmişdir.

Həmçinin təlim çərçivəsində qeyd olunan mövzularla bağlı qrub halında praktik məşğələlər həyata keçirilmişdir.

Təlimin sonunda tədbir iştirakçılarınaAvropa İttifaqının təlimdə iştirak edən qrup rəhbəri xanım Pamela Fahey tərəfindən Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstəklə bağlı Sertifikatlar təqdim olunmuşdur.