Yerli turizmin təşkilində bələdiyyələrin rolu

Sumqayıt, Abşeron, Qobustan, Xızı şəhər və rayonlarının bələdiyyələrinin təmsil olunduğu tədbiri Sumqayıt regional ədliyyə idarəsinin rəisi Sahib Bayramov ön sözlə açmışdır.

Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Səfa Cəfərov təmsil olunduğu qurumun fəaliyyətindən, bu cür seminarların  əhəmiyyətindən bəhs etmişdir. Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən nəşr edilmiş "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabının təqdimatı olmuşdur. GİZ-in proqram üzrə məsləhətçisi Mehdi Abdullayev müəllifi olduğu metodiki vəsait barədə iştirakçılara ətraflı məlumat çatdırmışdır.

Seminarda müstəqil ekspert Zöhrab Fərəcovun yerli büdcənin təşkili prinsipləri və təsnifatı barədə çıxışı dinlənilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Həmin gün Ədliyyə Akademiyasının müəllimləri bələdiyyə üzvləri üçün kurs da təşkil etmişlər.