Xocalı-Qan yaddaşımız

26.02.2018-ci il taixdə Sumqayıt regional ədliyyə idarsində Xocalı soyqrımının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə idarəsinin rəisi Bayramov Sahib Nadir oğlunun təşəbbüsü ilə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edildi.

Daha sonra idarəsinin rəisi Sahib Bayramov çıxış edərək bildirdi ki, öz çirkin ideologiyasını həm də azərbaycanlıları bir millət kimi Yer üzündən silməklə həyata keçirməyi qarşısına məqsəd qoymuş ermənistan hökuməti 1988-1994-cü illərdə insanlıq tarixinə qara ləkə olan onlarla faciəyə rəvac vermişdir. Onsuz da tarix boyu dəfələrlə acı günlər yaşamış Azərbaycan xalqı 1992-ci il fevralın 26-da bu faciələrdən ən dəhşətlisi ilə üzləşdi. 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri 613 nəfərin həyatına vəhşicəsinə son qoydular. Əsasən qocalar, qadınlar və uşaqlar gözləri oyulmaqla, başlarının dəriləri çıxarılmaqla, bədən əzaları kəsilməklə, eləcə də digər tükürpədici üsullarla qətlə yetirildilər. 1275 nəfər isə girov götürüldü, şəhər Yer üzündən silindi. Amma bu faciə xalqımızın iradəsini qıra bilməmiş, əksinə, onu daha da mətinləşdirmişdir.

26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakətlər qurbanlarının xatirəsinin anma günü kimi tarixə düşdü. Bu isə faciənin hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların nəticəsiz qalmadığını sübut edir.

Tədbir digər iştirakçıların çıxışı ilə davam etdirildi.

Daha sonra tədbir iştirakçıları Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Xocalı abidəsində təşkil olunan anım mərasimində iştirak edərək, soyqrım abidəsi qarşısına əkili qoydular.