20 Yanvar qürur yerimiz

19.01.2018-ci il tarixdə Sumqayıt regional ədliyyə idarəsinin inzibati binasında 20 Yanvar faciəsinin anım mərasimi keçirilmişdir.

Ədliyyə  Nazirliyi  Sumqayıt  regional  ədliyyə  idarəsinin rəisi   Bayramov  Sahib  Nadir  oğlunun  rəhbərliyi  ilə  “20 Yanvar” faciəsində şəhid olmuş soydaşlarımızın  xatirəsi bir dəqiqəlik sükutla yad edilərək  tədbir açıq elan edildi.

İdarəinin rəisi  Bayramov  Sahib  Nadir  oğlu çıxış edərək bildirdi ki, “20 Yanvar”  faciəsinin xalqımızın tarixində  ən kədərli, eyni zamanda, ən şərəfli səhifələrdən biri olduğunu vurğulayaraq sovet ordusu birləşmələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar faciə barədə  məlumat  verərək  bu faciə zamanı 100-dən artıq insanın qətlə yetirildiyini, 700-dən artıq insanın yaralandığını diqqətə çatdırdı. Məhz həmin hadisələrin Azərbaycan xalqının özgürlük mübarizəsinə qalxdığını, pozulmuş hüquqlarının, suverenliyinin  bərpa  olunması  uğrunda savaşmaq əzminə sahib olduğunu, 1990-cı ilin 20 Yanvarı gününün Azərbaycanın istiqlaliyyəti yolunda ilk şəhidlik zirvəsi olduğunu vurğuladı. Daha sonra S.Bayramov  erməni  hərbi  birləşmələrinin xalqımıza qarşı  törətdiyi bu faciənin  beynəlxalq  ictimaiyyətə  çatdırılmasında, faciəyə hüquqi qiymət verilməsində əlindən gələni etmiş ümummilli lider Heydər Əliyevin rolu və vətəndaşlıq mövqeyini xüsusi qeyd etdi. Daha sonra Sahib Bayramov bildirdi ki, Xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

Daha sonra tədbir iştirakçıları çıxış edərək özlərinin dərin kədərlərini bildirdilər.