Notariusların iştirakı ilə seminar-müşavirə təşkil olunmuşdur

9 iyul 2018-ci il tarixdə Sumqayıt şəhər Dram Teatrında bir neçə dövlət və xüsusi notariat kontorlarının notariuslarına seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Ramiz Kərimov, Sumqayıt regional ədliyyə idarəsinin rəisi Sahib Bayramov və həmin idarənin əməkdaşları, Sumqayıt şəhəri, Abşeron, Qobustan, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının xüsusi və dövlət notariat kontorlarının notariusları və həmin notariat kontorlarının kargüzarları iştirak etmişdir. Seminar-müşavirənin əsas məqsədi Nazirlər Kabinetinin 11 iyun 2018-ci il tarixli qərarı ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"-a edilən dəyişikliklərin tədbir iştirakçılarının nəzərinə çatdırmaq idi. Notariuslar dəyişikliklərlə bağlı məlumatlandırıldı və onları maraqlandıran suallar cavablandırıldı.