Hüquqi yardım və Hüquqi maarifləndirmə üzrə seminar keçirilmişdir

03.09.2018-ci il tarixdə Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək olaraq hüquqi yardım və hüquqi maarifləndirmə mövzusunda seminar keçirilmişdir. Seminarda hüquqi yardım, hüquqi maarifləndirmə və onun keyfiyyətinə dair beynəlxalq və Avropa perspektivləri(standartları), eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi yardım və hüquqi maarifləndirmə üzrə presedent hüququnda son meyillər, hüquqi sistemin inkişafı sahəsində mütərəqqi təcrübələr, Ədliyyə Akademiyasının hüquqi yardım təcrübəsi, nailiyyətləri və həyata keçirilməsində çətinliklər mövzularında fikirlər səslənmişdir. Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təmsilçiləri, Ədliyyə Nazirliyinin regional ədliyyə idarələrinin əməkdaşları, hakimlər, vəkillər kollegiyasının üzvləri və nazirliyin digər qurumlarının əməkdaşları iştirak etmişdir.