İcra qurumunda vətəndaşların qəbulu həyata keçirildi.

    Vətəndaş məmnunluğunun təmin edilməsi və onların müraciətinə həssaslıqla yanaşılması Ədliyyə Nazirliyi rəhbərliyinin, həmçinin, yerlərdə ədliyyə qurumların rəhbərlərinin nəzarətindədir.Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Ədliyyə Naziri cənab Fikrət Məmmədov tərəfindən regionlarda mütəmadi olaraq vətəndaşların qəbulu həyata keçirilir. Bu ənənəyə sadiq qalaraq Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yurisdiksiyaya daxil olan yerli icra qurumlarında vətəndaşların qəbulu həyata keçirilir və onların müraciətləri ilə yerində tanış olub həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilir. 

   25.09.2018-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin inzibati binasında Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən vətəndaşların qəbulu həyata keçirilmişdir.  Qəbul zamanı vətəndaşların müraciəti dinlənilmiş, bəzi icra sənədlərinin icrası ilə bağlı icra məmurlarına müvafiq göstərişlər verilmişdir.