Ağacəkmə aksiyası davam etdirilir.

Hal-hazırda da Azərbaycan Ədliyyəsinin 100 illiyi ilə bağlı tədbirlər davam etdirilir. Belə ki, 08.11.2018-ci il tarixdə Abşeron rayonunda Sumqayıt regional ədliyyə idarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında idarənin əməkdaşlarından əlavə, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin, Abşeron rayon Məhkəməsinin hakimləri və həmin məhkəmələrin digər əməkdaşları, o cümlədən Abşeron rayon icra və probasiya şöbəsinin, Abşeron rayon qeydiyyat şöbəsinin və Abşeron rayonunda yerləşən notariat kontorlarının əməkdaşları iştirak etmişdirlər. Ağacəkmə aksiyası çərçivəsində Novxanı-Mehdiabad yolunun kənarında 200-ə yaxın ağac əkilmişdir.