Orta məktəblərdə seminarlar davam etdirilir.

    Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı"nın 14-cü bəndinin icrası ilə əlaqədar Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının orta məktəblərində 11-ci sinif şagirdlərinə ədliyyə tarixi ilə bağlı keçirilən seminarlar davam etdirilir. Həmin məktəblərin 11-ci sinif şagirdlərinə keçirilən mühazirələr və açıq dərslərdə idarənin əməkdaşlarından əlavə, idarənin yurisdiksiyasına daxil olan icra qurumlarının və qeydiyyat şöbələrinin əməkdaşları da iştirak etmişdirlər. Eyni zamanda şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır. Hal-hazırda da tədbirlər davam etdirilir.