Hüquqi maarifləndirmə işləri davam etdirilir!

          29.11.2018-ci il tarixdə Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon nümayəndəliyinin inzibati binasında nümayəndəliyin, Qubadlı rayon Mərkəzi Kitabxanasının, Qubadlı rayon Mahmudlu kənd musiqi məktəbinin və Qubadlı rayon Mədəniyyət evinin əməkdaşlarına hüquqi  maarifləndirmə çərçivəsində Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə iştirak edən şəxslərə ədliyyənin fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. Həmçinin,  Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən cavablandırılmışdır.