İcra qurumlarında ilin yekunları ilə əlaqədar iclas keçirilmişdir.

        25.12.2018-ci il tarixdə Abşeron rayon icra və probasiya  şöbəsinin inzibati binasında 2018-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.Şöbənin rəisi vəzifəsini icra edən Ramil Məmmədov iclası açıq elan edərək 2018-ci ildə görülmüş işlər və onların nəticələri barədə ümumi məlumat verərək Sumqayıt Regional İdarəsinin əməkdaşları Afət Quliyeva və Rufanə Ömərovanın da iştirak etdiyi iclasda il ərzində görülən işlərdən,vətəndaş müraciətlərindən söz açaraq  həm Abşeron rayon icra və probasiya  şöbəsinə ,həm də Regional Ədliyyə İdarəsinə  daxil olan müraciətlərin əksəriyyətinin əsaslı olduğunu bildirərək öz  iradlarını əməkdaşların diqqətinə çatdırdı. Regional idarənin əməkdaşları da onlara daxil olan şikayətlərin sayında əvvəlki illərə nisbətən azalma müşahidə etdiklərini vurğulayaraq bunun icra məmurlarının öz işlərində səriştə göstərməklə həm də məsuliyyətli olmalarının nəticəsi kimi qiymətləndirdilər. Həmçinin şöbə rəisi  iclasda 2018-ci il ərzində meydana çıxan nöqsanlardan və onların aradan qaldırılması yönündə atılan addımlardan və  bu addımların tam qanun çərçivəsində, icra prosseslərinin həyata keçirilməsi qaydalarına müvafiq olduğunu və bunun nəticəsində də əvvəlki illərə nisbətən  şikayətlərin sayının azalmasını xüsusi vurğuladı.

         Bundan başqa  probasiya sahəsinə xüsusi diqqətin ayrldığını vurğulayan şöbə rəisi il ərzində  bu sahədə görülən işlərdən, yetkinlik yaşına çatmayan məhkumların islah edilməsi,sosial adaptasiyası və reabilitasiyasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı məhkəmə qərarlarının icrası işində qanunun tələbləriniə tam əməl olunduğu və hər bir məhkumla fərdi qaydada aparılan söhbətin həyata keçirilməsinin nəticəsi kimi yenidən məhkumlar tərəfindən törədilən cinayətlərinin sayının çox az olmasını əməkdaşların diqqətinə çatdıraraq probasiya sahəsinə  nəzarətin gücləndirilməsinin vacibliyini vurğuladı. Cərimə cəzalarının tətbiqi zamanı ödənmələrin  icrasına nəzarət   qanunvericiliyə uyğun həyata keçirilməli olduğunu  və bu işə prinsipial yanaşmaqla hökmlərin və qərarların  icrasından qərəzli boyun qaçıran şəxslərin məsuliyyətə cəlb edilməsinə, cərimə cəzaları üzrə ödənişlərin tutulmasına  nəzarət və bu kimi işlərə xüsusi diqqətin ayrılmasını bir daha tələb etdi.Həmçinin ilkin axtarış tədbirlərinin həyata keçirərkən ardıcıllığa əməl olunmasını,azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmuş məhkumlara elektron nəzarət vasitələri tətbiq olunarkən onlara bu cəzanmın mahiyyətinin tam və aydın izah olunmasının vacibliyini vurğulayan şöbə rəisi növbəti ildə də həyata keçirilən icra tədbirlərinin tam qanuna uyğun şəkildə olmasınının lazımlılığını bildirdi.

          Bütün bu irad və təkliflərini bildirən regional idarənin əməkdaşları icra məmurlarının etik davranış qaydalarına əməl etmələrini və ədliyyə qurumunun adının uca tutulmasının hər bir əməkdaşın xidməti vəzifə borcu olduğunu qeyd edərək  qanunçuluq, vicdanlılıq və loyallıq prinsiplərini rəhbər tutmalarını və öz işlərində hər zaman qərəzsizlik nümayiş etdirmələrinin vacibliyini vurğuladı. Çıxışının yekunu kimi şöbə rəisi vəzifəsini icra edən Ramil Məmmədov qeyd olunan tənqidlərdən nəticə çıxarmalarını və qeyd olunan təklifləri nəzərə almalarını bir daha əməkdaşların diqqətinə çatdırdı və növbəti ildə bu halların təkrarlanmamasını əməkdaşlardan tələb edərək bu sahədə müvafiq tədbirlərin görülməsinin  vacibliyini  vurğuladı. Həmçinin barələrində şikayət daxil olmuş və izahatları alınmış  icra məmurlarından bir daha işlərində icra tədbirlərini həyata keçirərkən qanunvericiliyin tələblərini pozmamaları, icra tədbirlərindəki ardıcıllığı gözləmələri və səlahiyyətlərindən irəli gələn məsələlərdə korrupsiyaya hüquqpozmalarına  şərait yaradan hallara yol verməmələrini tapşırdı.   Çıxışının sonunda  şöbə rəisi probasiya sahəsində fəaliyyətin gücləndirilməsinin zəruriliyini bir daha vurğuladı.  İcra və probasiya fəaliyyətinin təkmilləşdirilməsi və eləcə də hər iki sahənin diqqətdə saxlanılması və icra prosesslərinin həyata keçirilməsi sahəsində yerinə yetirilən  işlərin düzgün təşkili məqsədi ilə bir sıra tapşırıqlar verdi.