Vətəndaşların qəbulu həyata keçirilmişdir.

        Ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri regionlarda vətəndaşların qəbulunu həyata keçirirlər. Belə görüşlərdən biri 04.07.2019- cu il tarixdə Sumqayıt şəhərində təşkil olunmuşdur. Belə ki, ədliyyə naziri cənab Fikrət Məmmədov Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu həyata keçirmişdir. Vətəndaşlarən müraciətləri əsasən bələdiyyələrin fəaliyyəti və məhkəmə qərarları barədə olmuşdur. Müraciətlərin bir qismi yerindəcə müsbət həllini tapmış, qalan müracitlərlə bağlı isə müvafiq göstərişlər verilmişdir.