Qanlı Yanvarın 30-cu il dönümü

       20 Yanvar faciəsinin 30-cu il dönümü Sumqayıt şəhərində qeyd edilmişdir. Həmin anım mərasimi Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında keçirilmişdir. Anım mərasimində dövlət qurumlarının rəhbərləri, həmin qurumun əməkdaşları və şəhər əhalisi iştirak etmişdir. Saat 12:00 da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Həmçinin 20.01.2020-ci il tarixdə Sumqayıt regional ədliyyə idarəsinin inzibati binasında şəhidlərin xatirəsinə həsr olunmuş kiçik seminar müşavirə keçirilmişdir. Həmin müşavirədə 1990-cı ildə baş vermiş hadisələr yada salınmış, şəhidlərin qəhrəmanlıqlarından danışılmışdır.