Xocalı faciəsinin 28-ci ildönümü

     Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilən ən böyük faciələrdən biridir. Bu faciə qurbanların xatirələri hər il ölkədə və bir çox xarici dövlətlərdə anılır. Azərbaycan xalqı bu dəhşətli faciəni heç vaxt unutmayacaqdır.

     Hər il olduğu kimi bu il də Sumqayıt regional ədliyyə idarəsi idarənin ərazi yurisdiksiyanına daxil olan ayrı-ayrı icra qurumlarına, o cümlədən probasiya xidmətində, notariat ofislərində və qeydiyyat şöbələrində Xocalı faciəsi ilə əlaqədar geniş seminar-müşavirə keçirmişdir. Həmin tədbirlərdə faciə günü bir daha yada salınmış, həmin faciədə həlak olmuş şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

    Allah şəhidlərimizə rəhmət eləsin.