Bələdiyyələrə seminar keçirilmişdir

    04.03.2020-ci il tarixdə Sumqayıt bələdiyyəsinin inzibati binasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində Sumqayıt regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə qulluqçuları və üzvləri üçün "Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması" mövzusunda təlim keçirilmişdir. Həmin təlimdə həmçinin Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı, Maliyyə Nazirliyinin məsul nümayəndəsi iştirak etmişdir. Təlimin sonunda bələdiyyə üzv və qulluqçularına mövzu çərçivəsində kitablar və layihə nümunələri paylanılmışdır.