Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri
Azərbaycan Respublikası Ədliyyə nazirinin 05.06.2020-ci il tarixli 65-S nömrəli Sərəncamı və həmin Sərəncamla təsdiq edilmiş "Ədliyyə Nazirliyinin inzibati binalarında yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə sanitariya-epidemioloji Qaydalar"ında nəzərdə tutulmuş tələblər Sumqayıt regional ədliyyə idarəsinin nəzarətindədir. Belə ki, Qaydalara uyğun olaraq idarənin inzibati binasında şəxsi sanitar-gigiyena qaydalarına ciddi riayət olunur, işçilər tərəfindən tibbi maskalardan, əlcək və tibbi spirtlərdən istifadə edilir. İdarə əməkdaşları arasında sosial məsafə gözlənilir. 25.06.2020-ci il tarixdə isə idarənin inzibati binası məsul şəxslər tərəfindən dezinfeksiya edilmişdir. Bundan sonra da həmin qaydalara ciddi riayət olunacaqdır.