22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə cənab nazir Fikrət Məmmədov tərəfindən bütün ədliyyə işçilərinə təbrik məktubu ünvanlanıb

     Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmiş 22 Noyabr-ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. 

     Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 103 il ötür. Ulu öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Peşə bayramlarını iftixar hissi ilə qeyd edən Sumqayıt regional ədliyyə idarəsinin, idarənin ərazi yurisdiksiyasına daxil olan qurumların əməkdaşları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin sədr və hakimləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklillər qoymuşdurlar. 

     Peşə bayramı günü münasibəti ilə cənab nazir Fikrət Məmmədov tərəfindən bütün ədliyyə işçilərinə təbrik məktubu ünvanlanıb.