Fikrət Fərrux oğlu Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.fm4a.[1]

 

O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmişdir. 2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilmişdir. 2005-ci ildən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmiş, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üzrə səmərəli fəaliyyətinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfəsinə görə ölkə başçısının 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq bilinmişdir.I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının senatorudur. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib.Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır.Evlidir, 3 övladı var.

Tel: (+994 12) 493 97 85 
Fax: (+994 12) 493 76 11 
E-mail: international@justice.gov.az