225vz

Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir.

1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə dövlət başçısının 26 dekabr 1995-ci il tarixli fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluqda fərqləndiyinə, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir.

Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə Ədliyyə Nazirliyi kollegiyasının qərarı və ədliyyə nazirinin 02 yanvar 2008-ci il tarixli əmri ilə Fəxri medalla və nazirliyin Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə «Azərbaycan ədliyyəsinin 90 illiyi» xatirə medalı ilə təltif edilmişdir.

II dərəcəli dövlət ədliyyə müşaviri, Prokurorluğun Fəxri İşçisidir. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquqi mövzuda bir sıra məqalələrin müəllifidir.

Evlidir, 5 övladı var.

Tel: (+99412) 430-01-14
Fax: (+99412) 510-52-85
E-mail: v.zahirov@justice.gov.az