Sumqayıt regional ədliyyə idarəsinin rəisi Eyvaz Məmmədov ədliyyə və bələdiyyələrin fəailiyyəti ilə bağlı Sumqayıt şəhərində, Abşeron, Qobustan və Xızı rayonlarında vətəndaşların qəbulunu keçirəcəkdir.

                        VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

    Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiq xidmət göstərilməsi, vətəndaşların, xüsusi ilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Sumqayıt regional ədliyyə idarəsinin rəisi Eyvaz Məmmədov mayın 20-də saat 11:00-da Abşeron rayonunda, Mayın 27-də saat 11:00 da Sumqayıt şəhərində, İyunun 3-də saat 11:00 da Qobustan rayonunda və İyunun 10-da saat 11:00 da Xızı rayonunda ədliyyə və bələdiyyələrin fəailiyyəti ilə bağlı  vətəndaşların qəbulunu keçirəcəkdir.

  Vətəndaşlar qəbula yazılmaq üçün Sumqayıt regional ədliyyə idarəsinə (əlaqə telefonları:055-941-51-46, (018) 644-00-49 faks:(018) 642-44-11elektron poçt: sumqayıt_rd@justice.gov.az)  müraciət edə bilərlər. 

    Vətəndaşların qəbulu Abşeron rayon icra və probasiya şöbəsinin inzibati binasında (Abşeron rayon Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 251 A), Sumqayıt şəhəri üzrə icra idarəsinin inzibati binasında (Sumqayıt şəhər 9-cu mikrorayon, ev 64), Qobustan rayonu üzrə icra və probasiya şöbəsinin inzibati binasında (Qobustan şəhəri, Mirzə Ələkbər Sabir küçəsi, 29 A) və Xızı rayonu üzrə icra və probasiya şöbəsinin inzibati binasında (Xızı şəhəri, Turqut Özal küçəsi) keçiriləcəkdir.