Sumqayıt regional ədliyyə idarəsinin rəisi Eyvaz Məmmədov Abşeron rayonunda vətəndaşları qəbul edib.

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiq xidmət göstərilməsi, vətəndaşların, xüsusi ilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Sumqayıt regional ədliyyə idarəsinin rəisi Eyvaz Məmmədov Mayın 20-si saat-11 00 da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Abşeron rayonunda vətəndaşların qəbulunu keçirmişdir. 

     Yerlərdə qəbulların keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.