Müsəlman Şərqinin ilk cümhuriyyəti

        XX əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə olaraq demokratik quruluşlu respublika yaradıldı.

          1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin çox əlamətdar bir dövrünün əsasını qoydu. Xalqımız müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, yüksək intellektual potensiala və böyük ideoloji dəyərlərə malik olduğunu təsdiqləmişdir.

        AXC cəmi 23 ay yaşasa da xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, müstəqil yaşamağa, dövlətçilik ənənələrini bərapa etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu dövrdə dövlətçilik atributları yardılmış, bir sıra qanunlar qəbul olunmuş, silahlı qüvvələr formalaşdırılmışdı. Parlament və hökumət əsas fəaliyyətini vətəndaşların hüquqlarının qorunmasına, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə yönəltmişdir.

         Bu məqsədlə ilk vaxtlardan təcili tədbirlərə başlanılmış, müsəlman hərbi korpusu 1918-ci il iyun ayının 26-da ayrıca Əlahiddə Azərbaycan korpusuna çevrilmişdir. Qısa vaxtda 30 min nəfərlik nizam-intizamlı ordu formalaşmış, ədliyyə-məhkəmə və hüquq-mühafizə sistemi qurulmuşdur. Milli ordunun yaradılması hərb tariximizə parlaq səhifələr yazmışdır. Həmin dövrdə, eyni zamanda, müstəqil Azərbaycanın ilk milli əməliyyat-istintaq orqanının əsası qoyulmuş, “Hərbi mükəlləfiyyət haqqında” qərar qəbul olunmuş, “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” fərman imzalanmışdır.

         Ordu quruculuğu ilə yanaşı, digər dövlət təsisatlarının formalaşdırılması prosesi də gücləndirilmiş, Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində ilk prokurorluq orqanı yaradılmışdır. Cümhuriyyətin elan edildiyi gün müstəqil dövlətimizin Ədliyyə nazirliyinin yaradılması və həmin il noyabr ayının 22-də Nazirliyin Əsasnaməsinin təsdiq edilərək, onun funksiyası və səlahiyyətlərinin müəyyənləşdirilməsi bu qurumun demokratik cəmiyyət üçün həyati əhəmiyyət daşıdığını təsdiqləyir.  Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.

      71 il sonra Azərbaycan müstəqilliyə yenidən qovuşdur. Bununla da müstəqil respublikamız XX əsrin əvvəllərində mövcud olmuş xalq cümhuriyyətinin varisi kimi onun zəngin dövlətçilik ənənələrini davam etdirmək missiyasına sadiq qaldı. 1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında Konstitusiya Aktı” nı qəbul etdi. Ancaq o dövrdə naşı rəhbərliyin səriştəsizliyi nəticəsində müstəqilliyimiz təhülkə ilə üzləşdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda anarxiyaya, özbaşnalığa son qiyuldu, bütün sahələrdə islahatların aparılmasına başlanıldı. 1995-ci ilin noyabrın 12-də Əsas Qanunumuzun qəbulu ilə Azərbacanda siyasi sistem formalaşmağa başlanılmış hüquqi-siyasi islahatlar aparılmasına fundamental baza yaranmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Diqqəti çəkən məqamlardan biri Konstitusiyada əksini tapmış müddəaların üçdəbirinin insan hüquq və azadlıqlarının etibarlı təminatı ilə bağlı olmasıdır.

        Beləliklə, dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı, dünya birliyi tərəfindən tanındı.

      Sabit dövlətçilik ənənələrini yaratmış, respublikamızı inkişaf yoluna çıxarmış liderimizin milli dövlətçilik ənənələri Prezeident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Son illər dövlət başçısının təşəbbüsü ilə ölkə həyatı üçün mühüm qanun və qərarlar qəbul olunmuşdur.     

        Cənab Prezidentin 17 illik fəaliyyəti dövründə bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, sivil və demokratik məzmunlu dövlət təsisatları kimi formalaşmış, bu qurumların işi daha da təkmilləşdirilmişdir.

           Ədliyyə orqanlarına da həmişə hərtərəfli diqqət və qayğı göstərilir, əməıkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər götrülür.

      Göründüyü kimi, Azərbaycan dövləti inkişafa xidmət edən mütərəqqi hüquqi islahatların həyata keçirilməsini vacib sayır.

          Azərbaycanda bütün sahələrdə görünən inkişaf, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatalar göz qabağındadır.

            Digər hüquq-mühafizə orqanları kimi ədliyyə orqanları da ölkəmizdə ictinmai-siyasi sabitliyin qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində səmərəli iş görmüş, bu sahədə uğurlu nəticələr əldə etmişdir.

           28 May Müstəqillik Günü hər birimiz üçün milli və iftixar günü, tarixə əbədi həkk olunmuş bir bayramdır. Bir hüquqşünas kimi, bu əlamətdar günü ikiqat sevinc hissi ilə qeyd etməyimizdən sonsuz qürur duyuram. Xalqımızın müqəddəs arzuları cənab Prezidentin rəhbərliyi altında inamla həyata keçirilir.  

         Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək işıqlı gələcəyə qovuşur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, şanlı ordumuzun gücü, yenilməzliyi sayəsində böyük Qələbə qazandıq. Haqq-ədalət zəfər çaldı. Ərazi bütövlüyümüz və Konstitusiya hüquqlarımız bərpa olundu.

           Rerspublikamızın ictimai-siyasi həıyatında bundan sonra da fəal iştirak etməklə ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü işlərə dəstək olacağıq.

 

 

Eyvaz Məmmədov  

Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri