Bələdiyyə sədrlərinin iştirakı ilə geniş seminar-müşavirə keçirilmişdir

     Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və Sumqayıt regional ədliyyə idarəsi Bələdiyyələrə hüquqi maarifləndirmə və metodoloji yardım göstərilməsi məqsədi ilə Sumqayıt, Abşeron, Xızı və Qobustan bələdiyyə sədrlərinin iştirakı ilə geniş seminar-müşavirə keçirib.

       Sumqayıt regional ədliyyə idarəsinin müvafiq ərazi vahidliyinə daxil olan bələdiyyələrə inzibati nəzarəti həyata keçirən qurumun rəhbəri kimi Eyvaz Məmmədov Sumqayıt regional ədliyyə idarəsinin fəaliyyət istiqamətlərindən biri kimi bələdiyyələrə inzibati nəzarət və metodoloji yardımı olduğunu qeyd edərək bununla bağlı cari ildə bələdiyyələrə göstərilmiş əməli köməkliyin və tövsiyələrin sayının əvvəlki illərlə müqayisədə bir neçə dəfə çox olduğunu bildirib.

          Gələcək fəaliyyətlərində qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasının vacibliyini bir daha seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

          Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri, korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-komminikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması, bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prossesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi mövzularında geniş və ətraflı məruzələr ilə çıxış edərək bələdiyyələrə öz fəaliyyətlərində qanunvericiliyin bu sahələrinə diqqətin artırılmasını vacibliyini bir daha qeyd ediblər.

         Həmçinin səsləndirilən məsələlərin dürüst icrası bələdiyyələrin maddi təminatının yaxşılaşdırılmasına gətirib çıxardır ki, buda öz növbəsində vətəndaş məmunluğunun artırılmasına xidmət edən yerli və sosial yönümlü praqramların icrasına və şəfaflığın artırılmasına böyük töhvə verəcəkdir.

         Bələdiyyə sədrlərinin seminarın mövzuları ətrafında suallarının cavablandırılması ilə yanaşı, bələdiyyələrin üzləşdikləri bir sıra çətinliklərin qanunvericiliyə uyğun həlli yolları diskusiya formasında tədbir iştirakçılarına izah olunmuş, metodoloji yardım göstərilməklə bir sıra tövsiyələr nəzərə çatdırılıb.

         Yekunda Sumqayıt regional ədliyyə idarəsinin rəisi bu formatlı tədbirlərin mütəmadi keçirilməsinin bələdiyyələrin fəaliyyətlərinə daha faydalı olacağını qeyd edərək növbəti aylarda oxşar seminarların keçiriləcəyini bildirib.