Bələdiyyələrlə hüquqi maarifləndirmə işi davam etdirilir.

13.10.2017-ci il tarixdə Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşı Xəlil Məmmədov tərəfindən Xızı rayon Xızı, Altıağac, Tıxlı, Giləzi, Ağdərə, Qarabulaq, Məşədi Həsən və Xələnc-Fındığan bələdiyyələrinin üzv və qulluqçularının iştirakı ilə Xızı rayon Xızı bələdiyyəsinin və Xızı rayon Giləzi bələdiyyəsinin inzibati binasında "Bələdiyyə üzvləri və  qulluqçular tərəfindən etik davranış qaydalarına riayət olunması", "Bələdiyyə aktlarının qəbulu və icrası", "Bələdiyyələrdə kargüzarlığın təşkili", "Bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri", "Nəğdsız hesablaşmalar və onların məqsədi", "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları", "Bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə  nəzarətin xüsusiyyətləri" mövzularında seminar-müşavirə keçirilmişdir.