Bələdiyyələrlə hüquqi maarifləndirmə işi davam etdirilir.

17.09.2018-ci il tarixdə Sumqayıt regional ədliyyə idarəsinin inzibati binasında bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara metodoloji yardım göstərilməsi mövzusunda seminar keçirilmişdir. Seminarda Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşları, Abşeron rayonu Novxanı, Goradil bələdiyyələrinin sədrləri, Məmmədli bələdiyyəsinin sədr müavini, bələdiyyə qulluqçuları və bələdiyyə üzləri  iştirak etmişdir. Seminar iştirakçılarının diqqətinə çatdırılmışdır ki, respublikamızda həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı üçün məqsədyönlü tədbirlər görülmüş, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım göstərilməsi məqsədi ilə  yerlərdə Ədliyyə Nazirliyinin regional ədliyyə idarələri yaradılmışdır. Regional ədliyyə idarələri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə xüsusi diqqət yetirərək bu sahədə qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsində və nəzarətin səmərəliliyinin artırılmasında yaxından iştirak edir. Sumqayıt regional ədliyyə idarəsinin baş məsləhətçisi Azər Əliyev bildirdi ki, bələdiyyələr tərəfindən protokollar tərtib olunarkən qanunvericiliklə müəyyən edilmiş protokol  forması və tərtibinə dair tələblərə riayət olunmalıdır. Həmçinin, bildirildi ki, Sumqayıt regional ədliyyə idarəsi tərəfindən bələdiyyə protokolları ilə bağlı göndərilən təklif və tövsiyələrə vaxtında baxılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir.