Bələdiyyələrə seminar keçirilmişdir

Sumqayıt bələdiyyəsinin inzibati binasında bələdiyyələrə seminar keçirilmişdir. Seminarın təşkilatçısı Sumqayıt regional Ədliyyə idarəsi və Ədliyyə Akademiyası olmaqla mövzular "Bələdiyyə mülkiyyəti, əmlak təminatı mülkiyyət toxunulmazlığı, bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri", "sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı", "bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsi", "yerli turizmin eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin iştirakı" olmuşdur. İclasda həmçinin, Corat və Hacı Zeynalabdin bələdiyyəsinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları iştirak etmişdir.