Qobustan rayonunda vətəndaşların qəbulu keçirilmişdir.

       04.01.2020-ci il tarixdə Sumqayıt regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Qobustan rayonunda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev tərəfindən Qobustan və Xızı rayonlarının sakinlərinin qəbulu həyata keçirilmişdir. Qəbulda həmçinin Sumqayıt regional ədliyyə idarəsinin rəisi Sahib Bayramov iştirak etmişdir. Qəbulda iştirak edən vətəndaşların əsas probleməri bələdiyyələrdən və məhkəmə qərarlarının icrasından olmuşdur. Müraciətlər dinlənildikdən sonra aidiyyəti şəxslərə müvafiq göstərişlər verilmiş, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə müraciət etmələri tövsiyyə edilmişdir.